Accessibility links

ABŞ Rusiyanın Amerikadakı seçkilərə təsir göstərmək taktikalarının üstünü açıb


Birləşmiş Ştatlar çərşənbə günü yaydığı hesabatda Rusiyanın “rəsmi vasitəçi və mənbəyi bilinməyən kommunikasiya kanallarından və platformalarından” istifadə edərək saxta hekayələr yaratdığını bildirib.

Dövlət Departamentinin Qlobal Təmas Mərkəzi hesabatda Moskvanın Amerika seçkilərinə müdaxiləsini birbaşa müzakirə etməsə də, Rusiyanın dezinformasiya kanallarını müəyyən edib və Kremlin hökümətin rəsmi kommuniyasiya yolları vasitəsilə dezinformasiya yayması, dövlətin maliyyələşdirdiyi qlobal mesajlaşma sistemi, vasitəçi mənbələrin yaradılması, sosial medianın silahlaşdırılması və kiber dezinformasiya barədə detalları paylaşıb.

“Pekin də Rusiyanın taktikalarından istifadə edərək, demokratik normalar və qurumlara xələl gətirmək məqsədilə dezinformasiya və təxribat yaymaq üçün konspirasiya vebsaytlarını və vasitəçi kanallarını gücləndirib,” Qlobal Təmas Mərkəzinin koordinatoru Lea Qabriel bildirib.

“Çin və Rusiyanın dezinformasiya təhlükəsi realdır və təhlükəlidir,” o əlavə edib.

Hesabat Birləşmiş Ştatların qeyri-qanuni kiber hücum vasitəsilə ABŞ seçkilərinə müdaxilə etmək məqsədilə xarici hökümətlə işləyən hər hansı şəxsin yerini və ya şəxsiyyətini müəyyən edən məlumat üçün 10 milyon dollar mükafat təklif etdiyi vaxta təsadüf edib.

"ABŞ höküməti bizim seçkilərdə xarici müdaxiləyə dözməyəcək” Qabriel Amerikanın Səsinə bildirib. "Qlobal Təmas Mərkəzi dünya boyu tərəfdaşlarımızla seçkilərə müdaxilə ilə bağlı informasiyaları, öz müşahidələrində Rusiyanın və digər ölkələrin işlətdikləri taktikaları paylaşacaq.”

Qlobal Təmas Mərkəzinin hesabatında Strateji Mədəniyyət Fondunun vebsaytı və Katheon beyin mərkəzi daxil olmaqla Kremlin dəstəklədiyi vasitəçi dezinformasiya saytları və təşkilatları da yer alıb. Bu vasitəçilər ABŞ-la bağlı tənqidi hekayələri artırıb, eyni zamanda isə Rusiyanın, xüsusilə də COVID-19 məsələsində mövqeyini gücləndirib.

Hesabatda deyilir ki, Rusiyanın əsas məqsədi “demokratik təsisatların dəyərini sual etmək” və “Birləşmiş Ştatlarla onun müttəfiqləri və tərəfdaşları arasındakı beynəlxalq həmrəyliyi və etibarlılığı zəiflətmək”dir.

Ancaq Dövlət Departamenti bildirib ki, hökümətlər, vətəndaş cəmiyyətləri, alimlər, mətbuat, özəl sektor və vətəndaşlardan ibarət antidezinformasiya icması onlara qarşı mübarizə aparır.

Hesabatda qeyd olunur ki, Rusiyanın yüksək vəzifəli rəsmiləri və Rusiya tərəfdarı media konspirasiya nəzəriyyələrini aktiv şəkildə təbliğ edərək COVID-19 pandemiyası ilə bağlı qorxu və çaşqınlıqdan faydanlanmağa çalışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi olub
please wait

No media source currently available

0:00 0:11:40 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG