Accessibility links

ABŞ Rusiyanın hərəkətlərinin "nəticələri" ilə qarşılaşacağı haqda xəbərdarlıq edib


ABŞ dövlət katibi Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Birləşmiş Ştatlara qarşı pis niyyətli hərəkətlərinin “nəticələri ilə” üzləşəcəyini bildirib.

“Biz maraqlarımızı müdafiə etmək üçün lazımi addımları atacağıq” – deyə, Blinken bazar günü CNN tele kanalında yayımlanan, lakin daha əvvəl Brüsseldə digər NATO diplomatları ilə danışıqlardan sonra keçirilən müsahibədə bildirib.

Blinken Qərb müttəfiqləri arasında Moskvanın hərəkətlərinə real tərəfdən baxmaq və Kremlin məsul tutulmasına dair “birgə öhdəlik” olduğunu deyib.

ABŞ-ın baş diplomatı rəsmilərin Vaşinqtonun Moskvaya qarşı mümkün sanksiyalarını nəzərdən keçirilməsi “prosesində olduğunu” və bu mövzuda digər NATO ölkələri ilə məsləhətləşmələr apardıqlarını deyib.

"Biz bunu bir-birimizlə əlaqələndirilmiş şəkildə etdiyimiz zaman daha güclüyük”, Blinken qeyd edib.

ABŞ və Rusiyanın prezident Co Baydenin hakimiyyətə gəlməsindən qısa müddət sonra vaxtı bitməsi gözlənilən START müqaviləsini yeniləmək üçün tez bir zamanda razılıq verməsinə baxmayaraq, Birləşmiş Ştatlar Rusiyanı Əfqanıstanda amerikalı əsgərlərin öldürülməsi üçün iddia edilən mükafatlandırılma, Baydenin qalib gəldiyi noyabr seçkilərinə müdaxilə və ABŞ-ın kompüter sisteminə haker hücumları da daxil olmaqla bir sıra fəaliyyətlərdə günahlandırır.

Blinkenin müsahibəsi Rusiyaya qarşı sələfi Donald Trampdan daha sərt mövqe tutan Baydenin açıqlamaları ilə səsləşir.

İki həftə öncə ABC tele kanalına verdiyi müsahibədə Bayden Rusiya prezidenti Vladimir Putini “qatil” hesab etdiyini bildirib.

“Tezliklə onun hansı bədəli ödəcəyini görəcəksiniz”, Bayden qeyd edib və eyni zamanda, iki ölkənin ümumi maraqlarına uyğun olaraq birlikdə işləyə biləcəyi sahələrin olduğunu bildirib.

“Bu səbəbdən onlarla (silahların ixtisarına dair) müqaviləni yenilədim. Bu, onun bunu etdiyi vaxt baş verdi” deyən Bayden açıq şəkildə Putinin seçkilərə müdaxilə səylərinə işarə edib.

Rusiya seçkilərə müdaxilə etdiyini və Birləşmiş Ştatların hökumət şəbəkələrinə müdaxilə məqsədilə ABŞ-ın SolarWinds texnologiya şirkətindən istifadə edərək, kiber hücum təşkil etdiyini inkar edir. Bununla yanaşı, Rusiya ABŞ əsgərlərinin öldürülməsi üçün Əfqanıstanda Talibana mükafat təklif etdiyi haqda və Rusiya müxalifət lideri Aleksey Navalnını zəhərləmək cəhdləri barədə məlumatları rədd edib.

ABŞ kəşfiyyat orqanlarının analitikləri Putinin Trampın ikinci müddətə yenidən seçilməsinə kömək etmək üçün belə görünür səylərə rəhbərlik etməsi haqda nəticə çıxarıb.

Baydenin Rusiyaya qarşı hansı tədbirləri nəzərdən keçirdiyi aydın deyil, lakin o, birbaşa və ya dolayı yolla seçkilərə müdaxilə və ya xaricdən ABŞ-ın milli təhlükəsizliyinə hədə təşkil edən “kiber” fəaliyyətlər ilə əlaqədar olduğu təsbit edilən qurumların ABŞ-dakı aktivlərinin dondurulması da daxil olmaqla, bir neçə cəza ölçüsündən birini tətbiq edə bilər.

Bundan əlavə, 1991-ci ildə qəbul edilmiş qanunla ABŞ prezidentinin Navalnının işində iddia edildiyi kimi kimyəvi silahdan istifadə edən bir ölkəyə Amerika bankları tərəfindən borc verilməsinə qadağa qoymasına icazə verilir.

Şərhlərə bax

XS
SM
MD
LG