Accessibility links

ABŞ Rusiyanın Memorial insan haqları qrupunu bağlamaq cəhdlərini qınayıb


ABŞ Dövlət katibi Antoni Blinken Rusiya rəsmilərinin Rusiyanın ən hörmətli insan haqları qruplarını bağlamağa çalışaraq ifadə azadlığına hücum etməkdə günahlandırıb və onların insanları təqib edib, qorxutmaq üçün mübahisəli “xarici agent” qanunundan istifadə etməyə son qoymalarını tələb edib.

Blinken Twitter-də yazdığı bu qeydləri Rusiya prokurorlarının tanınmış Memorial İnsan Haqları Mərkəzi və Beynəlxalq Memorial təşkilatlarını bağlamağa çalışmaq kampaniyası apardığına dair xəbərlərdən sonraya təsadüf edir.

“Rusiya rəsmilərinin Beynəlxalq Memorial və Memorial İnsan Hüquqları Mərkəzini bağlamaq məqsədilə başlatdıqları məhkəmə işləri onların ifadə azadlığına qarşı ən son hücumudur," Blinken deyib. "Rusiya məhkəmə işlərinə son qoymalı və "xarici agent"lərlə bağlı qanunundan vətəndaş cəmiyyətini təqib etmək, damğalamaq və susdurmaq üçün sui-istifadə etməməlidir."

Moskva prokurorları şəhər məhkəməsində Memorial İnsan Hüquqları Mərkəzini bağlanmasına dair qərar çıxarmasını istəyib. Rusiyanın federal prokurorları isə Ali Məhkəmənin Beynəlxalq Memorial təşkilatını bağlamasına dair qərar çıxarmasını istəyir. Hər iki işlə bağlı məhkəmənin noyabrın sonunda keçiriləcəyi gözlənilir.

Memorial təşkilat Sovet İttifaqının süqutundan qısa müddət öncə ittifaqdakı repressiyaları sənədləşdirmək məqsədilə təsis olunub.

O zamandan bəri təşkilat hüquqlarla bağlı vəziyyətlə əlaqədar göstəriciləri, habelə siyasi məhbusların siyahılarını dərc edib, tarixi və hazırda davam edən haqsızlıqları sənədləşdirib.

Memorial iddia edir ki, Rusiyanın 2012-ci ildə qəbul olunan “xarici agentlər” qanun layihəsi və daha sonra ona edilən dəyişikliklərin məqsədi müstəqil təşkilatları basdırmaqdır və təşkilatın ləğv olunması üçün heç bir qanuni əsas görmür.

Qanuna əsasən xarici yardım alan və hökumətin siyasi fəaliyyətlə məşğul olduğunu iddia etdiyi qeyri-hökumət təşkilatları qeydiyyatdan keçməli, özlərini “xarici agent” olaraq müəyyən etməli və yoxlanışlardan keçməlidirlər.

Memorial İnsan Hüquqları Mərkəzi 2015-ci ilin noyabrında siyahıya daxil edilib.

Beynəlxalq Memorial və 70 digər təşkilat, o cümlədən Rusiyadan kənarda fəaliyyət göstərən 10 təşkilat “xarici agentlər” siyahısına beş il öncə daxil edilib.

Adətən Kremlin siyasətinə uyğun hərəkət edən Rusiya Prezidentinın Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurası noyabrın 12-də təşkilatları bağlanmaq cəhdləri ilə bağlı narahatlığını ifadə edib və onları iddia olunan pozuntulara “ədalətsiz və qeyri-proporsional” “ekstremal tədbir” adlandırıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG