Birləşmiş Ştatlar gələn həftədən başlayaraq Rusiyaya pisləşən koronavirus epidemiyasına yardım etmək üçün 200 tibbi ventilyator bağışlayacaq.
Amerikanın Səsinin ələ keçirdiyi hökümətin yazışmalarında bildirilir ki, ilk 50 ventilyator Kaliforniyada istehsal olunur və artıq çərşənbə günü göndərilməyə hazır olacaq. Digər 150 ventilyator isə mayın 26-da göndəriləcək.
ABŞ höküməti ventilyatorların hazırlanmasının və çatdırılmasının xərclərinin 100 faizini öz üzərinə götürüb. Rəsmilər bunun 4.7 milyon dollara başa gələcəyini deyir.
Tibbi ventilyatorlar ABŞ-ın hərbi təyyarəsi vasitəsilə çatdırılacaq çünki hazırda kommersiya uçuşları məhdud olduğunu üçün, hərbi təyyarələr “ən yaxşı seçimdir.” Rəsmilər yazışmalarda ventilyatorların Rusiya xalqı üçün nəzərdə tutulduğunu və Rusiya ordusu ilə əməkdaşlığın olduğuna işarə etmədiyini vurğulayıb.
ABŞ-la Rusiya orduları arasında Milli Müdafiə Səlahiyyəti Aktı altında qadağan olunduğu kimi heç bir əməkdaşlıq yoxdur,” yazışmada qeyd olunub.
COVID-19 bu yaxınlarda Rusiyada yayılmağa başlayıb və ölkə artıq 263 mindən çox yoluxma halı ilə Birləşmiş Ştatlardan sonra ən çox yoluxma hallarına görə ikinci yerdədir.
Bu ayın axırı göndəriləcək ventilyatorlar president Donald Trampın aprelin ortalarında mətbuat konfransı zamanı etdiyi vədin yerinə yetirilməsi olacaq.
Ağ Evin verdiyi məlumata görə, ötən həftə Rusiya prezidenti Vladimir Putin Trampla koronavirus və silahlara nəzarətə məsələlə ilə bağlı keçirilən telefon danışı zamanı onlara ventilyator bağışlamaq təklifini qəbul edib.
Rəsmilərin sözlərinə görə, Birləşmiş Ştatlar koroanvirus pandemiyasına qarşı mübarizə aparan bir çox ölkəyə yardım edib və gələcəkdə də yardım edəcək.
Rusiya çərşənbə günü Rusiya istehsalı olan Aventa-M tipli tibbi ventilyatorlardan istifadəni dayandırıb, çünki Moskva və Sankt Peterburqda həmin ventilyatorlardan istifadə edən xəstəxanalarda yanğın çıxıb və nəticədə ölənlər olub.
ORusiya aprelin əvvəlində Nyu York və nYU cERSİ ştatlarında ventilyator çatışmazlığının olacağı proqnozlaşdırıldığı üçün Birləşmiş Ştatlar həmin ventilyatorlardan göndərmişdi.
ABŞ rəsmiləri Rusiyadan gələn ventilyatorlardan istifadə olunmadığını bildirib.