Accessibility links

ABŞ Rusiyaya "Açıq Səmalar" müqaviləsinə qoşulmayacağı barədə xəbərdarlıq edib


ABŞ Dövlət Departamenti xəbər verir ki, Bayden administrasiyası Rusiyaya Açıq Səmalar sazişinə qoşulmayacağını bildirib. Bildiriş iki ölkə liderinin gələn ay gözlənilən görüşü ərəfəsində verilib.

Saziş üzv ölkələrin bir-birinin hava məkanına silahsız nəzarət uçuşlarına imkan verir.

Qərar cümə axşamı verilib. Bu isə o deməkdir ki, iki ölkə arasında yalnız nüvə silahlarına nəzarət müqaviləsi olan - START qüvvədə qalır.

Tramp administrasiyası bu ilin əvvəlində başa çatan START müqaviləsinin uzadılması barədə heç bir addım atmasa da, Bayden administrasiyası hakimiyyətə gəldikdən sonra sürətli şəkildə müqaviləni daha beş il uzatmaq üçün hətəkətə keçib. Eləcə də, Trampın Açıq Səmalar müqaviləsindən çəkilməsini yenidən nəzərdən keçirib.

Rəsmilər bildirir ki, araşdırma tamamlanıb və Şerman Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkovu ABŞ-ın Açıq Səmalar müqaviləsinə qayıtmayacağı barədə məlumatlandırıb.

Dövlət Departamenti yaydığı açıqlamada bildirir ki, "ABŞ Açıq Səmalar müqaviləsinin Rusiyanın pozuntuları ilə gözardı etməsi səbəbindən təəssüflənir. Bu səbəbdən də ABŞ müqaviləyə yenidən baxışı yekunlaşdırararaq, Rusiyanın müqaviləyə qayıtmaq üçün heç bir addım atmamasını nəzərə alaraq müqaviləyə qoşulmamaq barədə qərara gəlib. Digər tərəfdən Rusiyanın Ukraynaya qarşı atdığı addımları da daxil olmaqla, göstərdiyi davranışı etimadın möhkəmləndirilməsinə sadiq olan bir tərəfdaşın davranışı deyil" -deyə, Dövlət Departamentinin açıqlamasında bildirilir.

Rusiyanın iddiaları rədd edərək, bu il müqavilədən çıxacağı gözlənilir.

Rusiya tərəfi eləcə də ABŞ-ın müqaviləni uzatmamaq qərarına cavab olaraq bildirir ki, bu addım iki ölkə liderinin gələn ay planlaşdırılan zirvə görüşünə kölgə salır.

Kremlin sözçüsü Dmitri Peskov "Biz burada yalnız təəssüfümüzü bildirə bilərik" deyərək əlavə edib ki, Rusiya və ABŞ-ın iştirakı olmadan bu müqavilə "həyati əhəmiyyətinin əsas hissəsini itirir".

XS
SM
MD
LG