Accessibility links

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib


Birləşmiş Ştatlar şənbə sabiq casus Sergey Skripalın 2018-ci ildə Birləşmiş Krallıqda zəhərləndirilməsi ilə əlaqədar olaraq Moskvaya yeni sanksiyalar tətbiq edib.

Skripal və qızının 2018-ci ilin mart ayında İngiltərənin Salisburi şəhərində Sovet İttifaqının istehsal etdiyi Noviçok sinir maddəsi ilə zəhərlənməsində rusiyalı casuslar günahlandırılıb.

Skripal və qızı hücum nəticəsində sağ qalıb, lakin daha sonra bir qadın partnyorunun atılmış ətir butulkasını ona verəndən sonra ölüb. Müstəntiqlər casudlatın həmin butulkada Noviçoku daşıdıqlarını güman edir.

Skripalı zəhərləməkdə şübhəli bilinən şəxlər
Skripalı zəhərləməkdə şübhəli bilinən şəxlər

Sanksiyalar avqustun ortasında qüvvəyə minəcək

Vaşinqton şənə günü beynəlxalq maliyyə qurumlarının Rusiyaya kredit, maliyyə və texniki yardımın uzadılmasına qarşı çıxacaq. Bundan əlavə isə Rusiyadan suveren kredit alan ABŞ banklarına limit tətbiq olunub. Bu barədə ABŞ dövlət departamentinin sözçüsü Morqan Ortaqus yaydığı bəyanatda bildirib.

ABŞ həmçinin Rusiyaya ölkənin kimyəvi və bioloji silah proqramlarında istifadə oluna biləcək əmtəə və texnologiyanın ixracının məhdudlaşdıracaq.

Ortaquz əlavə edib ki, bu tədbirlər Rusiyanın “Birləşmiş Ştstlarla milyardlarla dollar dəyərində ikitərəfli kommersiya əlaqələrinə daxil olmasınının qarşısını ala bilər.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, sanksiyalar təxminən avqusutn 19-da qüvvəyə minəcək və azı 12 ay qüvvədə qalacaq.

Kimyəvi silah

Avropada İkinci Dünya Müharibəsindən bəri kimyəvi silahların istifadə olunduğu Slisburi hücumu beynəlxalq qınaqlara səbəb olub və rusiyalı diplomatların ABŞ-da daxil olmaqla bir neçə Qərb ölkəsindən kütləvi şəkildə qovulması ilə nəticələnib.

Sergey Skripal
Sergey Skripal

London sui-qəsd cəhdini Moskvanın təsdiq etdiyini və bunun arxasında rusiyalı Andrey Luqovoy ilə Dmitri Kovtunun olduğunu bildirir.

Lakin onlar məsuliyyətə cəlb olunamyıb və Luqovoy hətta daha sonra Rusiyada qanunverici olub.

Moskva zəhərləmədə əli olduğunu inkar edir və dəfələrlə alternativ izahatlar irəli sürüb.

Avropa İttifaqı saksiyaları

Yanvar ayında Avropa İttifaqı Rusiya və Suriyanın doqquz rəsmisinə qarşı kimyəvi silahla əlaqəli sanksiyalar tətbiq edib. Onlar arasında nüfzulu QRU-nun hərbi kəşfiyyat idarəsinin sədri var.

XS
SM
MD
LG