Accessibility links

ABŞ Rusiyaya Cenevrə razılığına əməl etməsə daha ciddi sanksiyalarla bağlı xəbərdarlıq edib


Obama administrasiyası Rusiyaya Ukrayna ilə bağlı yeni beynəlxalq razılaşmaya əməl etməsə, ya da öz qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməsə əlavə sanksiyalarla üzləşə biləcəyinə dair xəbərdarlıq edib.

Prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays Ağ Evdə müxbirlərə deyib ki, ABŞ Rusiyaya üzərinə düşən öhdəliklərə əməl etməsə Avropa tərəfdarşları ilə əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu aydın şəkildə bildirib.

Süzan Raysın sözlərinə görə, hadisələr hərbi qüvvələrin yerləşdirilməsi kimi ciddi bir mərhələyə çatsa, Rusiya iqtisadiyyatının çox mühüm sahələrini hədəf alan sanksiyalar tətbiq edilə bilər.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Birləşmiş Ştatların qarşıdan gələn günlər Rusiyanın beynəlxalq razılaşmaya əməl edib-etməyəcəyini diqqətlə izləyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG