Accessibility links

ABŞ-da siyasi sığınacaq üçün müraciət edənlər Meksikada gözləməli olacaqlar


Sığınacaq üçün müraciət etdikdən sonra ABŞ-a daxil olaraq dinləmə prosesini gözləyən mərkəzi amerikalı mühacirlərdən Meksikada gözləmək tələb olunur.

Onlarla sığınacaq axtarışında olan insan çərşənbə günü Tramp administrasiyası tərəfindən sərtləşdirilmiş mühacirət siyasətinin bir hissəsi olaraq Meksikaya göndərilib.

“Bütün bunlar ABŞ-da təşkil edilib və biz buradayıq və biz başqa heç nə istəmirik. Ən əsası odur ki, bizim burada, Tijuanada vəziyyətimiz yaxşıdır,” deyə adının açıqlanmasını istəməyən honduraslı mühacir bildirib.

Mühacirət hakimi sığınacaq üçün müraciət edənlərin məhkəmə işlərinə baxdığı müddətdə bir qayda olaraq həmin insanlara ABŞ-da qalmaq icazəsi verilir. Eyni zamanda bu kimi müraciətlərin sayının 800 min olması o deməkdir ki, proses bir neçə il uzana bilər.

Meksika ABŞ məhkəməsində dinləmə günü təyin edilən mühacirləri qəbul edəcəyini deyib. Lakin səhhəti ilə bağlı problemləri olan şəxslərin, valideyinləri tərəfidən müşayiət olunmayan uşaqların və ya Meksika ərazisi üçün təhlükə yaradan şəxslərin Meksikaya gəlməsinə icazə verilməyəcək.

XS
SM
MD
LG