Bu gün, yanvarın 20-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Bakıda Şəhidlər Xiyabanı ziyarət edib.
Bu barədə ABŞ Səfirliyi facebook səhifəsində məlumat yayıb.
20 Yanvar- Azərbaycanda Ümumxalq Matəm günüdür.
31 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox sakin yaralanıb.
Bu hadisələrdən sonra keçmiş SSRİ ərazisində xalqların müstəqillik mübarizəsi daha da genişlənib. Nəhayət SSRİ süquta uğrayıb və 15 yeni müstəqil dövlət yaranıb.