Accessibility links

ABŞ səfiri: Amerika şirkətləri Azərbaycanın azad olunmuş ərazilərindəki bərpa işlərində iştirak etməyə hazırdır


Səfir Li Litzenberger Gəncədə raket zərbəsindən həlak olanları ziyarət edib

"ABŞ koronavirus pandemiyasının fəsadları ilə mübarizə çərçivəsində Azərbaycana 6 milyon dollar ayırıb."

Bu barədə noyabrın 22-də ABŞ-ın Azərbaycandakı səfiri Li Lisenberger bildirib.

Onun sözlərinə görə, pandemiya insanlar arasında əlaqələrə təsir göstərib, görüş və tədbirlərin çoxu onlayn formatda keçirilir.

Səfirin fikrincə, qlobal problemin aradan qaldırılmasının yeganə yolu peyvəndlənmədir.

O, ABŞ-ın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş əlaqələri dəstəklədiyini bildirib.

Litzenberger Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində gözlənilən görüşünü şərh edərkən bildirib ki, görüş haqqında xəbəri görmək xoşdur.

“ABŞ iki ölkə liderlərinin təkbətək görüşünün baş tutması üçün inadla səy göstərdi. Ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəli atılmış addım olacaq.”

Səfir ABŞ-ın ölkələrlə birbaşa əlaqələrin qurulmasını dəstəklədiyini qeyd edib:

“Bu iradəni alqışlayır və tərəflərin bundan istifadə edəcəyinə ümid edirik”.

Litzenberger deyib ki, Ağdam şəhərində infrastrukturun bərpa işlərində artıq ABŞ-dan üç şirkət iştirak edir.

Onun dediyinə görə, ABŞ şirkətləri Azərbaycanın azad olunmuş ərazilərindəki bərpa işlərində iştirak etməyə hazırdır.

“Xüsusilə də azad olunmuş ərazilərdə layihələrdə iştirak etmək ilə bağlı açıq tenderlərdə ABŞ şirkətləri üçün daha geniş imkanlar yaradılmasını istərdim. ABŞ regionun inkişafında maraqlıdır. Bunun üçün imkanlar var,” diplomat qeyd edib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG