Accessibility links

ABŞ səfiri Amerika şirkətlərinin Azərbaycan ərazilərinin bərpasında iştiraka hazır olduğunu bildirib


Li Litzenberger və Mikayıl Cabbarov

Yanvarın 27-də Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenbergerlə görüşüb.

İqtisadiyyat nazirliyinin məlumata görə, görüşdə Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye sahələrində tərəfdaşlığın inkişaf etdiyini qeyd edib.

Məlumatda deyilir ki, nazir Cabbarov işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.

ABŞ səfiri Li Litzenberger Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbriklərini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb.

"Səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka hazır olduğunu qeyd edib, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb," məlumatda qeyd edilir.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG