Accessibility links

ABŞ səfiri: Amerika xalqının Azərbaycan xalqına dəstəyi həmrəyliymizin əlamətidir


ABŞ Azərbaycana yardım ayırıb
ABŞ Azərbaycana yardım ayırıb

Amerika Birləşmiş Ştatları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir ki, sözügedən məbləğ Azərbaycan hökumətilə birgə çalışan və USAID-ın tərəfdaş təşkilatları olan üç qurum arasında paylaşılacaq: Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-in Uşaq Fondu (UNICEF), və Beynəlxalq Qızıl Xac və Qızıl Ayrapa Cəmiyyətləri Federasiyası (IFRC). Adı cəkilən hər bir təşkilat Azərbaycan hökumətilə tərəfdaşlıq edərək COVID-19 virusunun yayılmasının qarşısının alınması və xəstəliyin fəsadlarının azaldılması üçün göstərilən birgə səylərə öz töhfəsini verəcək.

Səfirlik bildirir ki, üç təşkilata verilən vəsait Azərbaycanın milli laboratoriyalarının, əsaslı nəzarət və təxirəsalınmaz cavab sisteminin gücləndirilməsi, infeksiyanın qarşısının alınması və nəzarəti sahəsində fəaliyyətin artırılması, səhiyyə işçilərinin imkanlarının gücləndirilməsi, habelə ictimaiyyətə virus və onun yayılmasının qarşısının alınması barədə məlumatların çatdırılması kimi fəaliyyətlərə yönələcək.

“Bu gün Amerika xalqının adından Azərbaycan xalqına və hökumətinə təklif etdiyimiz bu dəstək bizim həmrəyliymizin və öhdəliyimizin əlamətidir. Biz birlikdə COVID-19 virusuna qalib gələ bilərik,” ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bəyan edib.

1992-ci ildən bəri ABŞ Azərbaycana dəyəri 1,5 milyard ABŞ dollarından artıq yardım göstərib və bunun sayəsində təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, iş yerlərinin yaradılması, qadınlar üçün biznes imkanlarının artırılması və təhsil kimi sahələrdə müsbət dəyişikliklər əldə edilib.

USAID münaqişə nəticəsində zərər çəkmiş insanlara humanitar yardım göstərərək Azərbaycanın müstəqillik qazandığı ilk illərindən bəri dəstək göstərib. USAID Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının və sərmayələrin artması üçün zəruri şəffaf və açıq mühitin yaradılması, habelə Azərbaycan xalqının firavanlığının və dayanıqlığının artmasına təkan verən uzunmüddətli texniki yardım göstərib.

Onilliklər boyu Amerika Birləşmiş Ştatları ictimai səhiyyəyə yardım sahəsində dünyada ən böyük ikitərəfli tərəfdaş olub. 2009-cu ildən bəri Amerika vergi ödəyicilərinin səxavəti sayəsində dünyada səhiyyə sahəsinə 100 milyard ABŞ dollarından artıq, humanitar yardım sahəsinə isə 70 milyon ABŞ dolları həcmində yardım ayırmaq mümkün olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG