ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edib.
ABŞ səfiri bildirib ki, ABŞ hökuməti və xalqı adından Azərbaycan xalqının Yeni ilini təbrik edir, xoşbəxt və sağlam il diləyir.
“2020-ci il ölkələrimiz üçün çətin və tarixi bir il oldu. Bilirəm ki, bir çox azərbaycanlı COVİD-19 və ya son münaqişə nəticəsində yaxınlarını itirdi və bilin ki, bu itkiləri yaşayanların dərdinə şərikəm. Keçən il bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqının çətinlikləri aşmaq, irəliləmək və gələcəyə yönəlmək əzmindən təsirləndim. İnanıram ki, bu hər iki ölkənin ortaq nöqtəsidir. Azərbaycanın demokratik bir cəmiyyət olaraq çiçəklənmə və müstəqilliyinin ən yeni zirvələrə çatma potensialına nikbin baxıram və ümid edirəm ki, bölgə nəhayət davamlı bir sülh içində yaşayacaq. Ümid edirəm ki, 2021-ci ildə Azərbaycan mədəniyyəti və təbii gözəlliyi ilə tanış olmaq üçün daha çox imkanım olacaq. Həm də ümid edirəm ki, qlobal koronavirus pandemiyasına sürətlə son qoyulacaq, amerikalılar və azərbaycanlılar səyahət etmək, ticarət etmək və insanlar arasında əlaqələri inkişaf etdirmək üçün yenə də üzbəüz görüşə biləcəklər. Məhz insanlar arasında bağlar ikitərəfli münasibətlərimizin təməlidir. ABŞ-da ən çox sevilən Yeni il ənələrimizdən biri, hər il Yeni il üçün hazırladığımız məqsədlərdən ibarət siyahıdır. Gələn il təhlükəsizlik, enerji və demokratik idarəetmə mövzusunda uzun illərdir davam edən əməkdaşlığımızı davam etdirmək və ölkələrimizin qarşılıqlı çiçəklənməsinə çalışmaq üçün Azərbaycan xalqı və hökuməti ilə birlikdə çalışmaq mənim Yeni il məqsədlərimdəndir. Yeni iliniz mübarək,” səfirin təbrikində deyilir.