Accessibility links

ABŞ səfiri Azərbaycanda söz azadlığı və islahatlardan danışıb


ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi barədə təklifin təfsilatından xəbərsizdir.

Bu barədə səfir Litzenberger aprelin 20-də Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Eyni zamanda, o, əlavə edib: "Amma hər iki dövlətin xarici işlər nazirlərinin Moskva görüşündən xəbərim var və bu görüşdən sonra verilmiş bəyanatlardan çox məmnunam. Danışıqların davam edəcəyinə və münaqişənin sülh yolu ilə həll ediləcəyinə inanıram".

Azərbaycan hakimiyyətinin geniş islahatlar aparılması barədə bəyanatların bardə sualın cavabında səfir qeyd edib ki, islahatların aparılması səylərindən məmnundur: "Azərbaycan bu sahədə böyük nailiyyət əldə edib, amma Azərbaycan gənc dövlətdir və bu istiqamətdə hələ böyük işlər görülməlidir. Biz ölkədə islahatlar aparılmasını dəstəkləyirik".

Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət haqqında suala cavabda Litzenberger deyib ki, bu dəyərlər ABŞ-ın siyasətində çox əhəmiyyətlidir və o, Amerikanın səfiri olaraq Azərbaycanda bu məqsədlərin dəstəklənməsi üçün əlindən gələni edəcək.

XS
SM
MD
LG