Accessibility links

ABŞ səfiri: Cənub Qaz Dəhlizi Azərbaycanı enerji təhlükəsizliyi baxımından öncül mövqeyə çıxarır


Enerji təhlükəsizliyi simpoziumu
Enerji təhlükəsizliyi simpoziumu

"ABŞ Azərbaycanın enerji resurslarının Avropa və digər ölkələrə çatdırılmasının dəstəklənməsində maraqlıdır."

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ADA Universitetində "Regional enerji təhlükəsizliyi" mövzusunda keçirilən simpoziumda çıxışı zamanı bildirib.

Litzenberger Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırmaları münasibətilə SOCAR-ı və BP-ni təbrik edib.

“Bu layihə qarşıdakı on illər boyu Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək. Cənub Qaz Dəhlizi Azərbaycanı və SOCAR-ı bir çox müttəfiqlərimiz və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyi baxımından öncül mövqeyə çıxarır,” o qeyd edib.

Səfir hesab edir ki, enerji bazarı daha da inteqrasiya etdikcə, mühüm infrastruktur və tədarük marşrutlarının təhlükəsizliyi daha vacib məsələyə çevrilir.

“İllər ərzində Azərbaycan, onun kommersiya və strateji tərəfdaşları dayanıqlı enerji infrastrukturu inşa edib. Bura bizim Azərbaycan Neft Platforması Müdafiə layihəsi ilə bağlı tərəfdaşlığımız aiddir. Bu 21.5 milyon dollarlıq təşəbbüs Azərbaycan Dövlət Sərhəd Xidmətini təlim və dəniz avadanlığı ilə təmin edir. Bu, bizim Azərbaycanlı tərəfdaşlarımıza öz dəniz aktivlərini potensial təhlükələrdən daha yaxşı qorumağa imkan verir.

İstənilən növ enerji pozuntuları böyük çətinliklər yarada bilər. Ötən il pandemiyada gördüyümüz kimi, enerji bazarlarına zərbələr çox vaxt gözlənilməz olur və davamlı təsirləri mümkündür.”

Səfir Li Litzenberqer bərpa olunan enerjidən danışarkən deyib ki, Azərbaycanın elektrik sektorunda bazara əsaslanan islahatlar bərpa olunan enerji mənbələrini daha qiymət rəqabətli etmək və yaşıl texnologiyalara keçidi sürətləndirmək üçün vacibdir.

Onun fikrincə, özəl investisiyaların cəlb edilməsi Azərbaycanın bərpa olunan enerji potensialını qurmağı davam etdirməsi üçün əsas ola bilər.

“Azərbaycanın bərpa olunan enerji sektorunda maraqlı olan xarici müəssisələr üçün düzgün investisiya mühitinin yaradılması üçün açıq və şəffaf tender prosesi lazımdır.”

Səfir bildirib ki, ABŞ şirkətləri bərpa olunan enerji mənbələrini bazara çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

“Mən bilirəm ki, Azərbaycanın yeni qaytarılmış ərazilərdə və ölkənin qalan hissəsində planlaşdırılan layihələri var. ABŞ şirkətlərini cəlb etməyin ən yaxşı yolu açıq və şəffaf tender prosesidir. Azərbaycanın enerji sahəsi ölkə üçün və Avropanın enerji təhlükəsizliyi üçün transformativ olub. Bərpa olunan enerji potensialını artırmaqla Azərbaycan regionda və kənarda enerji təhlükəsizliyində vacib oyunçu rolunu oynaya bilər. Birləşmiş Ştatlar Azərbaycanın enerji sektorunun böyüməsinə və inkişafına, enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfələri dəstəkləməyə davam etməyə hazırdır,” o qeyd edib.

Səfir deyib ki, ABŞ G7-də olan və ondan kənar tərəfdaşları ilə birgə dünyada bərpa olunan enerji infrastrukturu və texnologiyasının inkişafına dəstək olmağa davam edəcək.

“Azərbaycanın nəhəng günəş və külək enerji potensialı var. Daha da vacibi Azərbaycanda gələcəkdə Avropa bazarına hidrogen tədarükçüsü olması üçün əsas infrastruktur mövcuddur. Yeni külək və günəş enerjisi layihələri Azərbaycanın öz enerji resurslarını şaxələndirməyə sadiqliyini göstərir, onun iqlim dəyişikliyi ilə mübarizədə aktiv rol oynamaq istəyini nümayiş etdirir,” Li Litzenberger bildirib.

Sentyabrın 6-da ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, “BP Azerbaijan” və SOCAR-ın birgə əməkdaşlığı ilə “Regional Enerji Təhlükəsizliyi” Simpoziumu işə başlayıb. Simpozium sentyabrın 10-dək davam edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG