Accessibility links

ABŞ səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşüb


Tural Gəncəliyev
Tural Gəncəliyev

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenbergerin təşəbbüsü ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yanvarın 29-da yaydığı məlumata görə, icmanın rəhəbri Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu, bundan ötrü Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, pozulmuş təbii hüquq və azadlıqların, mülkiyyət hüquqlarının bərpa olunması istiqamətində icma üzvlərinin əsas istək və tələblərini səfirin diqqətinə çatdırıb.

Səfir Li Litzenberger Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini bildirib.

Bu gün Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) iştirak ilə görüş keçirir.

1989-cu ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Azərbaycanın Dağlıq Qarabaş Muxtar Vilayətində 187 769 nəfər yaşayıb. Onların145 403 nəfərui erməni, 40 316 nəfəri azərbaycanlı, 2050 nəfəri isə digər millətlər olub.

Azərbaycanını Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır.

ATƏM/ ATƏT-in Minsk Qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib.

Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edir.

Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

XS
SM
MD
LG