Accessibility links

ABŞ səfiri məcburi köçkünlər üçün iftar süfrəsi açıb


ABŞ səfiri məcburi köçkünlər üçün iftar süfrəsi açıb
ABŞ səfiri məcburi köçkünlər üçün iftar süfrəsi açıb

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar tədbirinə ev sahibliyi edib.

İftar süfrəsində Şuşa rayon Malibəyli kənd məktəbində səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri iştirak edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.

Səfir Litzenberqer deyib ki, tolerantlıq il boyu vacibdir: “Lakin Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza və uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir."

ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə prezident Tomas Ceffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki, qeyd olunur. Hal-hazırda 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyəçilik və bağışlama kimi ümumi dəyərlərimiz barədə düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG