Accessibility links

ABŞ səfiri NATO təlimlərində iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb


“Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimləri
“Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimləri

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimlərində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.

Li Litzenberger “Saber Junction - 19” təlimlərində iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb
Li Litzenberger “Saber Junction - 19” təlimlərində iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb

Səfir Litzenberger Azərbaycan ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiyini bildirib. Diplomat həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır.

Daha sonra Müdafiə Nazirliynin polkovniki Siyavuş Mustafayev “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışaraq bu kimi təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsi aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük önəm daşıdığını bildirib.

Azərbaycan Ordusunun hərbi qulluqçuları bu ilin sentyabrında Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edib.

Təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

XS
SM
MD
LG