İyulunn 9-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.
ABŞ Səfirliyinin məlimatına görə, səfir və Bəxtiyar Əsgərov Naxçıvanın tarixi və mədəni əhəmiyyətini, respublikanın məşhur, yüksək keyfiyyətli qida və kənd təsərrüfatı məhsullarını və Naxçıvanın nəqliyyat və turizm sahəsindəki nəhəng iqtisadi potensialını müzakirə ediblər.
Səfir Litzenberger bildirib ki, Naxçıvandan daha çox tələbənin və mütəxəssisin ABŞ mübadilə proqramlarına müraciət edəcəyinə ümid edir.