Accessibility links

ABŞ səfiri Putinə: Müharibəni Hitler və Stalin başladıblar, bu faktdır


Georgette Mosbacher, ABŞ-ın Polşadakı səfiri

VARŞAVA – ABŞ-ın Polşadakı səfiri həmin ölkəni Rusiya prezidenti Vladimir Putinin dəfələrlə dilə gətirdiyi ittihamlardan müdafiə edib. Belə ki, Putin bir neçə dəfə İkinci Dünya Müharibəsinin başlamasına görə Polşanı günahlandırıb.

“Əziz prezident Putin. Hitler və Stalin əlbir olaraq II Dünya Müharibəsini başladıb. Bu, faktdır. Polşa həmin dəhşətli konfliktin qurbanı olub,” Səfir Georgette Mosbacher Tvitterdə həm ingiliscə, həm də polyak dilində yazıb.

II Dünya Müharibəsi 1939-cu il, 1 sentyabrda Hitler Almaniyasının Polşaya soxulması ilə başlayıb. İki həftə sonra İosif Stalinin göstərişi ilə sovet qoşunları şərqdən Polşanı zəbt edərək bu ölkənin geniş ərazilərini ələ keçiriblər.

Polşanın parçalanması nasist və sovet rejimləri arasında imzalanmış paktın gizli protokolu əsasında həyata keçirilmişdi. Molotov Ribbentrop paktının ictimaiyyətdən gizlədilən müddəası Polşanın və Baltikyanı dövlətlərin iki totalitar təcavüzkar dövlət arasında bölüşdürülməsini nəzərdə tuturdu.

İosif Stalinin imzalanma mərasiminə şəxsən qatıldığı Molotov-Ribbentrop Paktı Nasist Almaniyası və SSRİ arasında sülh münasibətlərini təsdiq edir, qonşu dövlətlərin iki ölkə arasında bölüşdürülməsini nəzərdə tuturdu. 23 avqust, 1939. Bir həftə sonra almanlar sovetlərlə əldə edilmiş gizli razılıq əsasında Polşaya hücum etdilər.
İosif Stalinin imzalanma mərasiminə şəxsən qatıldığı Molotov-Ribbentrop Paktı Nasist Almaniyası və SSRİ arasında sülh münasibətlərini təsdiq edir, qonşu dövlətlərin iki ölkə arasında bölüşdürülməsini nəzərdə tuturdu. 23 avqust, 1939. Bir həftə sonra almanlar sovetlərlə əldə edilmiş gizli razılıq əsasında Polşaya hücum etdilər.

Bu faktı uzun illər sovet hakimiyyəti və ondan sonra Putin hökuməti ələlxüsus tarix-tədris kitablarında ört-basdır etməyə çalışıb.

Ötən həftələrdə Putin müharibənin başlamasına görə Qərb qüdrətlərini günahlandıraraq onların Hitlerlə gizli əməkdaşlıq apardıqlarına dair əsassız iddialar irəli sürməyə başlayıb. Onun sözlərinə görə, "mahiyyətcə anti-semit Polşa" Hitlerin Avropa yəhudlərini məhv etmək planını müsbət qarşılamışdı.

Polşa Baş Naziri Mateusz Mroavieçki bazar günü Putinin dediklərinə etiraz edərək Rusiya liderinin öz siyasi uğursuzluqlarından diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.

Şərhlərə bax

XS
SM
MD
LG