Avqustun 5-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID/Azerbaijan) Qax rayonunda (Bakıdan 402 kilometr şimal-qərb) həyata keçirdiyi su layihəsi ilə tanış olub.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebok səhifəsində yaydığı məlumatda deyilir ki, bu layihə Qax rayonunun Qaradolaq kəndinin 400-dən çox sakinini həyatı əhəmiyyət daşıyan təmiz su ilə təmin edir.
“ABŞ Səfirliyi olaraq, biz Azərbaycanın kənd əhalisinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında rol oynamaqdan məmnunuq,” səfir Litzenberger qeyd edib.