Accessibility links

ABŞ səfiri Salyan rayonuna səfər edib


ABŞ səfiri Salyan rayonuna səfər edib
ABŞ səfiri Salyan rayonuna səfər edib

Dekabrın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan rayonuna (Bakıdan 126 kilometr cənub) səfər edib.

Səfirliyin yaydığı məlumata görə, səfir Litzenberger Salyan Rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov ilə görüşüb, Şirvan Milli Parkını gəzib və Salyan Amerika Guşəsində görüş keçirib.

Şirvan Milli Parkında olarkən səfir Litzenberger flora və faunanın mühafizəsinin vacibliyini bildirib.

Səfir Litzenberger Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək, ərazidəki ibtidai və orta məktəblərin şagirdləri ilə görüşüb. İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə edib.

XS
SM
MD
LG