Accessibility links

ABŞ səfiri SOCAR prezidenti ilə görüşüb


Aprelin 10-da ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, SOCAR prezidenti şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat verib.

Səfir Li Litzenberger Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib.

Səfir Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsini özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.

XS
SM
MD
LG