Accessibility links

ABŞ səfiri Tofiq Yaqublunun və Fuad Qəhrəmanlının vəkilləri ilə görüşdü


Cümə axşamı, sentyabrın 17-də müxalif siyasi fəal, 16-cı gündür aclıq edən Tofiq Yaqublunun vəkili Nemət Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının vəkili olmuş Bəhruz Bayramov ABŞ-ın Azərbaycandakı Səfirliyində Səfir Li Litzenbergerlə görüşüb.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, saat yarım davam edən görüşdə Azərbaycanda insan hüquq və azadlıqları, siyasi məhbuslar, vəkillik fəaliyyəti, ombudsmanın fəaliyyəti ilə bağlı məsələlərə toxunulub.

“Görüşdə siyasi məhbuslarla bağlı söhbət zamanı Tofiq Yaqublu və Fuad Qəhrəmanlının hüquqlarının müdafiəsi də diqqət mərkəzində oldu,” o, qeyd edib.

Öz növbəsində, ABŞ Səfirliyi Twitter səhifəsində səfir Litzenbergerin vəkillər Nemət Kərimli və Bəhruz Bayramovla görüşünün olduğunu bildirib.

"Hüquqi məsləhətləşmənin əlçatanlığı və düzgün prosedurun təminatı vacibdir," səfrilik qeyd edir.

XS
SM
MD
LG