Accessibility links

ABŞ səfiri Ukraynanı korrupsiya ilə əlaqədar kəskin tənqid edib


ABŞ-ın Kiyevdəki səfiri Mari Yovanoviç
ABŞ-ın Kiyevdəki səfiri Mari Yovanoviç

ABŞ-ın Kiyevdəki səfiri Ukrayna hökumətinin ünvanına sərt tənqidlərlə çıxış edərək, yüksək səviyyəli anti-korrupsiya rəsmisini vəzifəsində əvəz etməyə və ölkədə korrupsiya problemini ünvanlamağa çağırıb.

Səfir Mari Yovanoviç çərşənbə axşamı günü çıxışı zamanı deyib ki, hökumətin səyləri “hələ də anti-korrupsiya, ya da qanunun aliliyinə dair ukraynalıların layiq olduğu islahatlarla nəticələnməyib”. Gözlənilmədən olduqca kəskin çıxışında səfir Ukrayna rəsmilərini korrupsiya ittihamlarının gizlədilməsinə kömək etməkdə ittiham edilmiş anti-korrupsiya işləri üzrə prokuror Nazar Xolodnitskini vəzifəsindən azad etməyə çağırıb.

“Korrupsiya ittihamlarından yayınmaq üçün məsləhət verdiyi lentə yazılan heç bir kəsə eyni hallar üzrə məhkəmə işi aparmaq etibar ediləməməlidir”, səfir Yavanoviç bildirib. O bununla Xolodnistkinin korrupsiyada şübhəli bilinənlərə məsləhət verdiyi ilə bağlı iddia edilən telefon dinləmələrini nəzərdə tutub.

Anti-korrupsiya fəalları Ukraynanın müdafiə sahəsində korrupsiyanın araşdırılması tələbi ilə baş prokurorluq binasnın qarşısında mitinq keçirib, 27 fevral, 2019.
Anti-korrupsiya fəalları Ukraynanın müdafiə sahəsində korrupsiyanın araşdırılması tələbi ilə baş prokurorluq binasnın qarşısında mitinq keçirib, 27 fevral, 2019.

Korrupsiya Əleyhinə Milli Büronun çərşənbə günü açıqladığı bəyanatında məhkəmənin qərarı ilə qeyri-qanuni mənimsəmələrlə bağlı bütün 65 işi bağlanmaq məcburiyyətində qaldığı bildirilir. Buraya Odessa şəhərinin merinə qarşı məşhur iş də daxil idi.

Keçən həftə Ukrayna mediasında ölkənin hərbi sənayesində ehtimal edilən yeyinti sxemi ilə bağlı araşdırma haqda məlumat verilib. Araşdırmada prezident Poroşenkonun yaxın çevrəsinə aid şəxslərin bu sxemlə əlaqəsi olduğu bildirilir.

ABŞ səfiri Yavanoviç skandala işarə edərək, dövlətə məxsus hərbi satış şirkəti ilə bağlı təftiş aprmağa və müdafiə kontraktlarında şəffaflığa çağırıb.

Ukraynanın yeni hökuməti beş il əvvəl hakimiyyətə gəldikdə ölkədə korrupsiya ilə mübarizə aparacağına söz vermis və bir neçə anti-korrupsiya qurumu yaratmışdı. Lakin korrupsiya Ukraynada hələ də geniş yayılıb.

Amerika səfirinin tənqid dolu açıqlamaları ABŞ dövlət katibinin yardımçısı Deyvid Heylin Kiyevə səfəri vaxtına təsadüf edir. Dövlət Deparmantenin nümayəndəsi Ukrayna rəsmiləri ilə digər məsələlərlə yanaşı korruprsiya qarşı mübarizə məsələsini də müzakirə edəcək.

XS
SM
MD
LG