Accessibility links

ABŞ səfiri Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib


ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib
ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib

Iyunun 12-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti və Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədov Zaqatalada yeni Qadın Resurs Mərkəzinin (QRM), Gənclərin Məşğulluq və Təlim (Syslab) Mərkəzinin açılışında iştirak edibr.

ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib
ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib

Hər iki mərkəz USAID-in dəstəklədiyi və BMT-nin İnkişaf Proqramının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əməkdaşlıq şəklində icra etdiyi Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsi çərçivəsində təsis edilib.

Bu barədə ABŞ Beybəlxalq İnkişaf Agentliyinin (USAİD) məlumatında deyilir.

“Kompüter və internetə çıxış, təqdimat bacarıqları, maliyyə savadlılığı və biznesin inkişafı üzrə təlimlər, evdən xaric əlverişli sosial məkan kimi müxtəlif xidmətlər vasitəsilə 200-ə yaxın üzvü olan Zaqatala Qadın Resurs Mərkəzi qadınlar üçün iqtisadi və sosial həyatda iştirak imkanları yaradır. Zaqatalada 15 sahibkar qadın kiçik biznesinə dəstək qrantı almaq üçün seçilib. Səfir Litzenberqer həmin qadın bizneslərdən ikisinə - dərzi və təsviri incəsənət mərkəzinə - baş çəkib,” məlumatda qeyd edilir.

Gənclərin Gənclərin Məşğulluq və Təlim Mərkəzi məşğulluq bazarında daha səriştəli namizədlər olmaqları üçün gənclərə peşəkar təlim proqramı və mentorluq xidmətləri təklif edir və onları potensial işəgötürənlərlə əlaqələndirir. İyunun 12-dək Zaqataladakı mərkəz 29 gəncə tərcümey-halın hazırlanması, iş müsahibəsi, karyera planlanması və şəbəkələşmə üzrə təlim keçib.

ABŞ səfiri Litzenberqer Zaqatalanın Muxax kəndində Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən idarə olunan yeni Aqrar Xidmət Mərkəzinin açılışında da iştirak edib.

ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib
ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib

Mərkəz traktorlar, çiləyicilər və otçalan maşınları icarəyə verəcək və aqrar məsləhət xidmətləri təklif edəcək. Bu cür avadanlıqları almaq və tam ştatlı aqronom işə götürmək imkanı olmayan kiçik fermerlər münasib ödəniş qarşılığında avadanlıqlardan və xidmətlərdən yararlana biləcək.

USAID həmin mərkəzi kənd təsərrüfatı avadanlıqları, o cümlədən Amerikanın AGCO şirkətinin istehsalı olan iki Valtra traktoru ilə təmin edib.

USAID Azərbaycanda mindən çox fındıq istehsalçıları ilə işləyərək müasir becərmə təcrübələrini təqdim edib, habelə emal müəssisələrinə dəstək göstərib. USAID-in dəstək göstərdiyi fındıq istehsalçıları ixraclarını 36 milyon ABŞ dolları həcmindək artıra bilib.

ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib
ABŞ səfiri Li Litzenberger Zaqatala rayonunda yeni layihələrin açılışında iştirak edib

İyunun 13-də ABŞ səfiri Litzenberqer Zaqatalanın Yuxarı Çardaxlar kənd sakinləri ilə texniki su təminatı layihəsinin başa çatmasını qeyd edib. Layihə nəticəsində icmanın 24 000-dən sakininin su təminatı yaxşılaşacaq.

Layihə Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra etdiyi USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində həyata keçirilib.

2011-ci ildən SEDA icmaları 145 layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var.

XS
SM
MD
LG