ABŞ-ın Bakıdakı Səfirliyi Azərbaycanın nəqliyyat və logistika sahəsində işləyən və bu sahə ilə maraqlanan şəxsləri aprelin 27-dən 29-dək keçiriləcək “Avrasiyanı birləşdirən: Ağıllı limanlar və dəmir yolu virtual forumu"nda iştirak etməyə dəvət edir.
Virtual Forum ABŞ-ın Azərbaycandakı, Gürcüstandakı və Türkiyədəki səfirlikləri tərəfindən təşkil edilir.
Xəbərdə deyilir ki, forumda Türkiyənin, Azərbaycanın və Gürcüstanın limanlar və dəmir yolu şirkətləri, eyni zamanda ABŞ-ın qabaqcıl ağıllı liman və dəmir yolu texnologiyası təklif edən şirkətləri iştirak edəcək.
“Forumda dəmir yolu sektorundan və liman sənayesindən danışılaacaq. Hər bir ölkənin yüksək səviyyəli hökumət spikerləri öz ölkəsində limanların və dəmir yolu infrastruktrunun modernləşdirilməsinin və rəqəmsallaşdırılmasının Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadi inkişaf planları üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayacaq. Forum ABŞ-dan maliyyələşdirmə variantları və Çoxtərəfli İnkişaf Bankları tərəfindən dəstəklənən layihələr haqqında məlumat əldə etmək imkanı ilə başa çatacaq.”
ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, forumda ABŞ-ın xidmət sahəsi, texnologiyalar və maliyyələşdirmə vasitələri haqqında da məlumtlar veriləcək
“Bu forum Azərbaycanın inkişafda olan şərq-qərb tranzit dəhlizi üçün faydalı məlumat və bilik mübadiləsi ola bilər,” səfirliyin məlumatında deyilir.
ABŞ Səfirliyi bildirir ki, hər il dünyada nəqliyyat və logistikaya 9 trilyon dollardan çox pul xərclənir.
“Yalnız ABŞ bu istiqamətdə 1,5 trilyon dollar xərclədiyi halda belə Amerika şirkətlərinin logistik xidmətləri, nəqliyyat idarəetmə sistemləri, ağıllı liman və dəmir yolu texnologiyası və daha çox bənzər sahələrdə dünyada lider olması heç də təəccüblü deyil,” xəbərdə qeyd edilir.