Accessibility links

ABŞ Səfirliyi Çindəki uyğurlarla bağlı müzakirə təşkil edəcək


ABŞ Səfirliyi
ABŞ Səfirliyi

ABŞ-ın Azərbaycandakı Səfirliyi fevralın 18-də Çinin Sincan bölgəsində yaşayan türk müsəlmanları olan etnik uyğurların mədəniyyətindən bəhs edən “Undercover China” (“Çinin gizlinləri”) filmi ilə bağlı müzakirə təşkil edəcək.

ABŞ Səfirliynin facebook səhifəsində yaydığı məlumatda deyilir ki, uyğur etnik qrupu Çin Xalq Respublikası tərəfindən ciddi təzyiqlərə məruz qalır.

“Tədbirdə iştirak etmək üçün bir saatlıq “Undercover China” adlı sənədli filmi izləyib, fevral ayının 18-i axşam saat 6-da film haqqında müzakirəyə qoşula bilərsiniz. Afro-amerikalıların Amerika tarixinə, cəmiyyətinə və mədəniyyətinə bəxş etdiyi töhfələri vurğulamaqla yanaşı, Qaradərili İnsanların Tarixi Ayının müxtəlifliyin həm də etnik, mədəni və dini formada qeyd edilməsi və araşdırılması baxımından uğurlu yol olduğuna inanırıq. Müxtəliflik seriyamızın növbəti müzakirə mövzusu, əksəriyyəti Çinin Sinzyan bölgəsində yaşayan Türk müsəlmanları olan etnik Uyğurların mədəniyyətinin necə olduğunu araşdıran film haqqındadır,” məlumatda deyilir.

ABŞ Səfirliyi müzakirələrdə iştirak edənlərin ilk öncə “Undercover China” (“Çinin gizlinləri”) filminə baxmasını məsləhət bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG