Accessibility links

ABŞ Səfirliyi Əhməd Cavad və Fransis Ki barədə video təqdim edib


ABŞ-ın Azərbaycandakı Səfirliyi həm Amerika Birləşmiş Ştatlarında, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam etdirir.

Səfirliyin yaydığı son qısa videoada ölkələrin tarixində mühüm iz buraxan azərbaycanlı və amerikalı görkəmli simalar, Əhməd Cavad və Fransis Skott Ki (Francis Scott Key) haqqında bir neçə fakta müraciət edilib.

Əhməd Cavad 1892-ci il mayın 5-də anadan olub. 1937-ci ildə Stalin repressiyasının qurbanı olub. O, Azərbaycan Demokratik Cümhuriyyətinin Dövlət himnini (musiqisi Üzeyir Hacıbəylinindir) yaradıb.

Əhməd Cavad müəllim, şai və tərcüməçilik edib. O F.Rablenin “Qarqantua və Pantaqruel”, V.Şekspirin “Otello” “Romeo və Cülyetta” əsərlərini, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını Azərbaycan dilinə tərcümə edib. Əhməd Cavad Türkiyə və Azərbaycanda populyar olan “Qara Dəniz” şerinin və yüzlərlə digər əsərlərin müəllifidir.

Frensis Scott Ki (1 Avqust 1779 - 11 Yanvar 1843) amerikalı hüquqşünas və şair olub. O, 1812-1814-cü il müharibəsində Amerika qələbə bayrağının dalğalanmasından ilhamlanaraq "Fort M'Henry-nin Müdafiəsi" şeirini yazıb. Onun sözlərinə yazılan mahnı "Star-Spangled Banner" kimi tanınan marş populyarlıq qazanıb və nəhayət bir əsrdən sonra prezident Herbert Huver tərəfindən milli marş olaraq təsdiq edib.

Hüquqşünas Ki köləliyi açıq şəkildə tənqid edib və azadlıq axtaran kölələri vəkil kimi pulsuz müdafiə edib, eyni zamanda quldarlardan qaçan qulların hüquqlarının müdafiəçisi olub. O, Amerikanı “Azadlıq evi” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG