Accessibility links

ABŞ Səfirliyi Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib


ABŞ və Azərbaycan bayraqları
ABŞ və Azərbaycan bayraqları

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikersonun Azərbaycan xalqına ünvanladığı təbrikdə deyilir.

“ABŞ-ın Azərbaycandakı Səfirliyi adından Azərbaycan xalqına salam deyərək, Respublika Günü münasibəti ilə xöşbəxtlik arzulayıram. Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara səs hüququ verməklə Azərbaycanı dünyanın ilk dövlətllərindən biri və qadınlarla kişilərə bərabər siyasi hüquqlar verən müsəlmanların çoxluq təşkil etdiyi ilk dövlət kimi nailiyyətlərini alqışlayırıq. Dünyada COVİD-19 pandemiyasından sonra normal həyata dönməsi ilə biz Azərbaycanla iqtisadi, təhlükəsizlik və yaxşı idarəetmə sahələrindəki əla əməkdaşlığımızı davam etdirməklə yanaşı amerikalıları və azərbaycanlıları bir araya gətirən xeyli proqramların yenidən başlanmasını səbirsizliklə gözləyirik. Respublika Gününüz mübarək!” təbrikdə deyilir.

XS
SM
MD
LG