Accessibility links

ABŞ Səfirliyi Azərbaycanı təbrik edib


Şəki Xan Sarayı
Şəki Xan Sarayı

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Dünya İrs Siyahısına salınıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının UNESCO-nun Dünya İrs Siyahısına salınması münasibətilə Azərbaycanı təbrik edib.

“Amerika Birləşmiş Ştatlarının Frank Lloyd Raytın 20-ci əsrə aid olan memarlıq abidələri də UNESCO-nun Dünya İrs Siyahısına daxil olunub. Dünya üzrə mədəni irs abidələr onları ziyarət edənlər üçün əvəzolunmaz ilham mənbəyidir,” Səfirliyin Facebook səhifəsində yaydığı məlumatda deyilir.

ABŞ-ın Azərbaycandakı səfiri Li Ltzenberger UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyasında
ABŞ-ın Azərbaycandakı səfiri Li Ltzenberger UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyasında

İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib.

Şəki xan sarayı Məhəmmədhəsən xanın sifarişi ilə 1790-1797-ci illərdə memar Hacı Zeynalabdin Şirazi tərəfindən tikilib. İki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilib. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulub.

XS
SM
MD
LG