Accessibility links

ABŞ Səfirliyi Azərbaycanda autizm məlumatlandırma gününü dəstəkləyir


Bu gün, 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd edilir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, autizm haqqında məlumatlılığı artırmaq səylərinin bir hissəsi kimi səfir Li Litzenberger Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birgə və Sağlam İctimai Birliyi arasında imzalanan, Azərbaycanda autizmli uşaqlara dəstəyi genişləndirəcək yeni anlaşma memorandumunun imzalanma mərasimində iştirak edib.

USAID/Azerbaijan tərəfindən dəstəklənən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birgə və Sağlam İctimai Birliyi tərəfdaşlıq edərək tələbələri lazımı bacarıq və təlimlə təmin edəcək ki, hər bir autizmli şəxsin öz potensialına tam yiyələnməsi, habelə daha dolğun həyat yaşaması üçün autizmi olanlar və onların ailələri ehtiyac duyduqları dəstəyi ala bilsin.

Səfrilik bildirir ki, autizm haqqında məlumatlılığı artırmaq və autizmdən əziyyət çəkən milyonlarla insana dəstək olmaq məqsədi ilə ABŞ-da və dünyanın müxtəlif ölkələrində yerləşən 10000 bina Light Up Blue (Mavi İşıqla İşıqlandır) kampaniyasına qoşularaq, autizmi simvolizə edən mavi rəngdə işıqlandırılacaq.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə , Azərbaycanda Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə 2-3 apreldə II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirlir.

Nazirlik bildirir ki, ikigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlərin autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən “ABA” (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı məruzələrinin dinlənilməsi nəzərdə tutulub.

Azərbaycan 2012-ci ildən etibarən “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. Bakıda hər il bir neçə memarlıq abidəsi mavi rənglə işıqlandırılır.

XS
SM
MD
LG