Accessibility links

ABŞ Səfirliyi Azərbaycanda məişət zorakılığına qarşı mübarizəni dəstəkləyir


ABŞ-ın Bakıdakı səfirinin müavini Maykl Dikerson Azərbaycan Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyində

ABŞ-ın Bakıdakı səfirinin müavini Maykl Dikerson oktyabr ayı ərzində ABŞ-da keçirilən Milli Məişət Zorakılığının Maarifləndirilməsi və Qarşısının Alınması çərçivəsində insan alveri və məişət zorakılığı qurbanlarına kömək edən Azərbaycan Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi Facebook Səhifəsi sığınacağını ziyarət edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Prezident Baydenin dediyi kimi, “Uzun müddətdir məişət zorakılığı “ailə problemi” hesab olunurdu və həll olunmaq üçün ailələrin öhdəsinə buraxılırdı.”

ABŞ Səfirliyi bildirir ki, Amerikada və Azərbaycanda dövlət və özəl sektorların, qeyri-kommersiya təşkilatlarının, icmaların, ailələrin və fərdlərin məişət zorakılığının qarşısının alınmasında və həllində mühüm rollarını tanıyır.

“Bütün dünyada bu qurumlar zorakılığa dözməkdən imtina edən və həssas qruplardan olan qadın və uşaqları qoruyan bir mədəniyyət yaratmaq üçün birlikdə çalışmalıdırlar,” səfirliyin məlumatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG