Accessibility links

ABŞ səfirliyi Azərbaycanda su təhlükəsizliyi seminarı təşkil edib


Su təhlükəsizliyi seminarının iştirakçıları
Su təhlükəsizliyi seminarının iştirakçıları

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müdafiə Əməkdaşlığı şöbəsi su təhlükəsizliyinə dair seminar təşkil edib.

Səfirliyin facebook səhifəsində yaydığı məlumata görə, seminarda Oklohoma Ştatının Əməkdaşlıq Proqramı, ABŞ Müdafiə Təhlilləri İnstitutu və Dəniz Qurğuları Mühəndislik Komandirliyinin ekspertləri öz təcrübə və biliklərini Azərbaycanın müxtəlif nazirliklərindən olan həmkarları ilə paylaşıb.

Seminar zamanı tərəflər müxtəlif müzakirələr aparıb və gələcək əməkdaşlığı planlaşdırıb.

Azərbaycanın su ehtiyatları yerüstü və yeraltı sulardan ibarətdir. Yerüstü sular çaylar, göllər, anbarlar və buzlaqlardır. Su ehtiyatlarının təqribən 67 - 70 %transsərhəd çaylarformalaşdırır.

Azərbaycanın su ehtiyatları xəritəsi
Azərbaycanın su ehtiyatları xəritəsi

Rəsmi məlumatlara görə, Azərbaycanda Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay vardır ki, onların da çoxunun (7860) uzunluğu 10 km-dən azdır. Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə respublikanın ikinci çayı Arazdır.

Belə ki, ölkəninsu ehtiyatlarının olduqca məhdud olduğu bildirlir. Yerüstü su ehtiyatları 32,2 milyard kubmetr təşkil edir və quraqlıq illərdə 22,6 milyard kubmetrə qədər azalır. Yeraltı su ehtiyatları 5,2 milyard kubmetrdir. Respublikada orta illik su çatışmamazlığı 4,5-5 milyard kubmetr arasında dəyişir. Yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından xaricdə formalaşır.

Ümumiyyətlə, respublikada il ərzində 10-13 kub kilometr su istifadə olunur ki, onun 60-70%-i kənd təsərrüfatının, 20-25%-i sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir.

Ölkədə təbii su mənbələrinin, axarların, anbarların, su xətlərinin, kanalların təhlükəsizliyi, mühafizəsi və ekoloji cəhətdən təmizliyi ilə bağlı dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanlarının tərkibində şöbələr fəaiyyət göstərir. Uzun illərdir əhalinin sudan kütləvi zəhərlənməsi və xəstəliklərə düçar olması halları qeydə alınmayıb.

XS
SM
MD
LG