Accessibility links

ABŞ Səfirliyi azərbaycanlı və amerikalı qadın hərbi pilota video həsr edib


ABŞ-ın Azərbaycandakı səfirliyi həm Amerikada, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər, hərbiçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam etdirir. Bu qısa videolarda ölkələrin tarixində mühüm iz buraxan azərbaycanlı və amerikalı görkəmli simalar arasında müqayisələr aparılır.

Səfirliyin Facebook səhifəsində yaydığı bugünkü videoda azərbaycanlı və amerikalı hərbi pilotlar Leyla Məmmədbəyova və Ameliya Earnhart haqqında bir neçə fakta müraciət edilib.

Səfirliyin bundan öncəki videoları Azərbaycan və Amerika dövlət xadimləri Məhəmməd Əmin Rəsulzadə və Henri Patrik, yazıçılar Cəlil Məmmədquluzadə və Mark Tven, musiqiçilər Vaqif Mustafazadə və Art Tatumdan, şairlər Mikayıl Müşfiq və Emili Dikinson bəhs edib.

XS
SM
MD
LG