Accessibility links

ABŞ Səfirliyi: Bakıda dinc etirazçılara qarşı zorakılıqdan dolayı dərin narahatlıq keçiririk


ABŞ Səfirliyi-emblem
ABŞ Səfirliyi-emblem

ABŞ-ın Azərbaycandakı Səfirliyi dekabrın 1-də Bakıda “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı baş verənlərə münasibət bildirib.

“Biz 1 dekabr tarixində Bakıda dinc etirazçılara qarşı zorakılıqdan dolayı dərin narahatlıq keçiririk və Azərbaycan Konstitusiyasının təsbit etdiyi toplaşma və ifadə azadlığını dəstəkləyirik,” ABŞ Səfirliyi bildirir.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

Rüstəmli özünü gühankar saymır və həbsini siyasi sifariş hesab edir.

Rüstəmli 27 gündür həbsxanada aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Dekabrın 1-də keçirlən aksiya zamanı çoxsaylı insan polis tərəfindən saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsinin məlumatına görə, məhkəmə saxlanılan fəallardan İlham Hüseyni 30 sutka, Elçin Teymurovu 25 sutka, Elxan Əliyevi 20 sutka, Səyyad Quliyevi 15 sutka, Rüstəm İsmayılbəylini 30 sutlka inzibati həbsə məhkum edib.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, polis ümumilikdə 40-dan çox aksiya iştirakçısını saxlayıb, onların əksəriyyəti sərbəst buraxılıb.

"Saxlanılanlardan Tofiq Yaqublu, Paşa Dadaşazadə (qolunun qırıldığı bildirilir) və digər 6 fəal ağır xəsarət alıb. Onlarla fəal yüngül xəsarət alıb."

Daxili İşlər Nazirliyi şgəncə və xəsarət halları barədə yayılan məlumatlara hələ münasibət bildirməyib.

XS
SM
MD
LG