Accessibility links

ABŞ Səfirliyi “FilmAkt Festivalı”nı maliyyələşdirib


Fevralın 5-də "FilmAkt Qısametrajlı Sənədli Film" Festivalının bağlanış mərasimi keçirilib. Həmin tədbirdə dəyərli layihələr arasından seçilmiş qalib filmlər mükafatlandırılıb.

ABŞ-ın Azərbaycandakı Səfirliynin məlumatına görə, festivalın ən yüksək prizini Pərviz Məcidov, Elnur Musayev, Gülnar Əskərinin "Alzheimer" filmi qazanıb. 2-ci yeri Sərxan Nəciyev, Gulər Rzayeva və Saray Cəlilova tərəfindən çəkilmiş "Plus 1" filmi, 3-cü yeri isə Günay Nəsirova, Vüsal Mehdizadə, Minarə Kərimova və Bəxşeyiş Rəhimov tərəfindən hazırlanmış "Tələ" filmi qazanıb.

"FilmAkt Qısametrajlı Sənədli Film" Festivalı
"FilmAkt Qısametrajlı Sənədli Film" Festivalı

Bu filmlərdə gender əsaslı ayrıseçkilik, əllilərin haqları, əqli sağlamlıq kimi vacib mövzular əks olunub.

Üç günlük tədbir ABŞ-n Azərbaycandakı Səfirliyinin və "Baki İdeaLab"ın maliyyə dəstəyi ilə "Y-PEER Azerbaijan" təşkilatı tərəfindən həyata keçirilib. Bu layihə gənclərə yaradıcı şəkildə film çəkmək bacarıqlarını təkmilləşdirmək, sosial şəbəkələşmə və icma quruculuğu qabliyyətlərini artırmaq imkanı verib, səsi eşidilməyənlərin səslərini insanlara çatdırmaqla öz icmalarına töhfə vermək üçün gəncləri gücləndirib.

"FilmAkt Qısametrajlı Sənədli Film" Festivalı
"FilmAkt Qısametrajlı Sənədli Film" Festivalı

"Y-PEER Azərbaycan" şəbəkəsinin mütəxəssisləri Bərdə, Balakən və Bakıda yaşayan 45 gəncə 2018-ci ilin sentyabr-noyabr aylarında təlimlər keçib. Təlim iştirakçıları qazandıqları yeni təcrübədən bəhrələnərək işə başlayıb, plan tərtib edib və 10 film çəkib.

Sabunçu və Xəzər Gənclər Evi, "ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiyasiyası" və "Ləndmark" otel də "FilmAkt Festivalı"na dəstək göstərib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG