Accessibility links

ABŞ Səfirliyi gender əsaslı zorakılığa qarşı mübarizə ilə bağlı video rolik təqdim edib


Gender zorakılığı

“Son günlərdə Azərbaycanda gündəmdə olan mövzulardan biri də gender əsaslı zorakılığın və psixoloji zorakılığın ailələrə və cəmiyyətə, xüsusən də gənc qadınlara olan sarsıdıcı təsirləri haqqındadır.”

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliynin Facebook səhifəsində yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, cəmiyyətdə kişilər tərəfindən qadınlara zorakılıq və şiddət göstərilməsinin bir intizam və nəzarət forması kimi normal qəbul edilməsi gender bərabərsizliyini gücləndirir və şiddəti normallaşdırır.

“Qızlar və qadınlar müxtəlif şəkildə gender əsaslı zorakılıqlara məruz qala bilərlər: təhsil almaq hüququndan məhrum edilmək, erkən nikahlara məcbur edilmək və ya məişət zorakılığına dözmək məcburiyyəti qarşısında qalmaq və s. Qadınlar və qızlar ailələri və cəmiyyət tərəfindən ciddi psixoloji şiddətə də məruz qalırlar. Təəssüf ki, gender əsaslı şiddətdən xilas olanlar çox ağır nəticələrlə qarşılaşırlar və tez-tez ailələri, yaşadıqları icma tərəfindən qınaq obyektinə çevrilirlər. Qadın və qızlara qarşı şiddəti və digər gender əsaslı zorakılıq formalarını qınamaq üçün hamımız qətiliklə birlikdə olmalıyıq,” ABŞ Səfirliyi bildirir.

Səfirlik məsələ ilə bağlı qısa video roliki də təqdim edib. Video rolikdə ABŞ səfirliyi və USAID/Azerbaijan əməkdaşları gender əsaslı zorakılığa dair fikirlərini bölüşür.

XS
SM
MD
LG