Accessibility links

ABŞ Səfirliyi: Gender əsaslı zorakılıq xalqların rifahını və gələcəyini təhlükəyə atır


Şam
Şam

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanda məişət zorakılığının daha iki qurbanı olan gənc bir qadının və onun uşağının ölüm xəbərini eşitməkdən məyusluq hissi keçirir.

“Gender əsaslı zorakılıq insan həyatını, ailələri, icma və xalqların rifahını və gələcəyini təhlükəyə atır,” səfriliyin Facebook səhifəsində yaydığı açıqlamada deyilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşayan ana və azyaşlı övladı yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin bu il avqustun 20-də yaydığı video müraciətdə deyilir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır.

“Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur,” mətbuat xidməti qeyd edir.

Baş Prokurorluğun məlumatına görə, Azərbaycanda 2021-ci ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

“Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır! Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!” prokurorluğun müracətində qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG