Accessibility links

ABŞ Səfirliyi İctimai Biznes Düşərgəsi layihəsini maliyyələşdirib


ABŞ Səfirliyi İctimai Biznes Düşərgəsi layihəısini maliyyələşdirib
ABŞ Səfirliyi İctimai Biznes Düşərgəsi layihəısini maliyyələşdirib

ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə təşkil olunan İctimai Biznes Düşərgəsi adlı sahibkarlıq layihəsi başa çatıb.

ABŞ Səfirliyi bildirir ki, yarışın qalibi yaşlı insanları özünü zənginləşdirən fəaliyyətlərə cəlb etmək məqsədi daşıyan YOUNG SOUL layihəsinin maliyyə yatırımı üçün təkliflə çıxış edib.

“Digər finalçılar arasında olan Earthship Biotecture House Layihəsi, Eko-Turizm Lakeside Garden Ismayıllı Layihəsi və Qadınların Reproduktiv Sağlamlığının Müdafiəsi Layihəsi davamlı olaraq mentorluq və təlim tədbirlərində iştirak etmək şansını qazandılar. Əlavə olaraq INNOLAND Biznes İnkişafı və FEMTECH qadın startap mərkəzləri tərəfindən seçilmiş 5 layihə pulsuz təlimlər, mentorluq, ofis sahəsi və təcrübəçilərin yardımı daxil olmaqla şəbəkələrdən və imkanlardan yararlanmaq fürsəti əldə etdilər,“ məlumatda deyilir.

İctimai Biznes Düşərgəsi Layihəsi 30 iştirakçı ilə üç ay ərzində təlimlər keçib.

“Ümid edirik ki, onların hamısı İctimai Biznes Düşərgəsində qazanan bacarıq və yeniliklərdən istifadə edərək öz iş ideyalarını gerçəkləşdirəcək,” ABŞ Səfirliyi qeyd edir.

XS
SM
MD
LG