ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə reallaşan Astara, Cəbrayıl və Biləsuvar bölgələrində yaşayan 48 İngilis dili müəlliminin və 47 tələbənin qoşulduğu “İngilis dilini düzgün və səlist bilmək” (Becoming Accurate and Fluent in English) proqramının tədrisi bu gün, mayın 26-da başa çatıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.
“Təlim proqramının sonunda hər iki qrup inşa yazı müsabiqəsinə qatılıb. Əlavə olaraq, tələbələr həmçinin natiqlik yarışmasında da iştirak ediblər. Həm layihə rəhbəri Aygün Dadaşova, həm də iştirakçılar virtual təlim platformasının qarşılıqlı əlaqələrin və iştirak səviyyəsinin artırdığını qeyd ediblər. Ən əsası isə ucqar bölgələrdə yaşayan müəllimlər bu təlimə qoşula bildilər,” ABŞ Səfirliyi proqramı müvəffəqiyyətlə başa vuranları təbrik edib.