Accessibility links

ABŞ Səfirliyi: İrqçilik, ədalətsizlik və azadlıqlara hörmətsizlik sərhəd tanımır...


Amüerika polisi vətəndaşların qarşısında diz çöküb

ABŞ-ın Azərbaycandakı Səfirliyi Corc Floydun qətlindən sonra ölkədəki etirazlarla bağlı məqalə ilə çıxış edib. Səfirliyin facebook səhifəsində dərc etsdiyi məqalədə deyilir:

1776-cı ilin Müstəqillik Bəyannaməsi hər kəsin yaşamaq, azadlıq və xoşbəxtliyi əldə etmək hüququna malik olmasını qeyd etmişdir. Corc Floyd sözügedən üç hüququndan dəhşətli şəkildə məhrum olunmuşdur və Amerikalılar bu kimi ədalətsizliyin necə baş verdiyini daha yaxşı anlamalı və belə halların gələcəkdə təkrar olunmasının qarşısını almalıyıq.

Bu prinsiplərdən çıxış edərək biz ümid edirik ki, dunyada yaşayan hər bir insan söz və toplantı azadlığı, mətbuat azadlığı və din azadlığı da daxil olmaqla fundamental azadlıqlardan bəhrələnməlidi

Biz Cənab Floydun qətlindən sonra yer alan zorakı etiraz aksiyalarını əks etdirən foto və videoların şahidi olmuşuq. Lakin bilməliyik ki, daha çox sayda keçirilən dinc aksiyalar zamanı vətəndaşlar polis əməkdaşları ilə birgə diz çökərək Cənab Floydu xatırlamışlar.

Qətlinə az qalmış Martin Luter Kinq bizim hamımıza etdiyi çağırışında demişdir: “Gəlin qətiyyətlə əyağa qalxaq və Amerikanı güclü edən qüdrətli günlərə qayıdaq. Bizim Amerikanı daha yaxşı dövlətə çevirmək imkanımız var.”

Bu prinsiplərdən çıxış edərək biz ümid edirik ki, dunyada yaşayan hər bir insan söz və toplantı azadlığı, mətbuat azadlığı və din azadlığı da daxil olmaqla fundamental azadlıqlardan bəhrələnməlidir. İrqçilik, ədalətsizlik, və azadlıqlara hörmətsizlik sərhəd tanımır və biz, vətəndaş, qonşu, valideyin, tələbə, və lider olaraq bilməliyik ki, qarşımızda görüləsi çox iş var.

XS
SM
MD
LG