Accessibility links

ABŞ Səfirliyi insan alverinə qarşı mübarizə üzrə seminar keçirib


Azəbayçanda səfrinin müavini Uilyam Qil çıxış edərkən

Aprelin 1-də ABŞ səfirliyində insan alverinə qarşı mübarizə ilə bağlı seminar keçirilib. Tədbir ABŞ-ın Azərbaycan Səfirliyi tərəfindən təşkil edilib.

Səfirliyin yaydığı məlumatda deyilir ki, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri mütəxəssislərinin iştirakı ilə keçirilən seminarın məqsədi insan alverinə qarşı mübarizə və onun qurbanlarına yardımın göstərilməsi olub.

Tədbirdə ABŞ-ın Azəbayçandakı səfirinin müavini Uilyam Qil çıxış edib.

Səfirliyin Diplomatik Təhlükəsizlik idarəsinin təhlükəsizlik mütəxəssisi Reyçel Simon insan alveri qurbanlarını necə müəyyən etmək və onlara kömək gösətrmək üçün movcüd olan metodologiyalardan danışıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Miqrantların Müdafiəsi üzrə Yardım Koordinatoru Mariya Nikolovska Azərbaycanda insan alverinə aid mövcud vəziyyətlə bağlı məlumatı təqdim edib.

Məlumatda deyilir ki, seminarda təhlküəsizlik mütəxəssisi Reyçel Simon iştirakçılara insan alverçiləri tərəfindən tez-tez istifadə olunan saxta səyahət sənədlərinin tanınması üzrə təlim keçib.

Məlumatda vurğulanır ki, seminarda Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirliklərinin, habelə Dövlət Sərhəd və Miqrasiya Xidmətlərinin rəsmiləri iştirak edib.

XS
SM
MD
LG