Accessibility links

ABŞ Səfirliyi insan hüquqları üzrə vəkillərin üzvlüyünün bərpasını alqışlayır


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi insan haqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyasında üzv kimi bərpası haqda verilən qərarı alqışlayır.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir ki, dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasında müstasna rol oynayır.

“Xanın Hümbətova, xanın Cavadova və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanır,” ABŞ Səfirliyi qeyd edir.

Mayın 5-də Azərbaycan Vəlillər Kollegiyası vəkil Şəhla Hümbətovaya qarşı məhkəmədə qaldırdığı iddiasını geri götürüb. Bununla yanaşı kollegiya həmçinin vəkillər İradə Cavadova və Türkel Süleymanlının səlahiyyətlərinin bərpasını təsdiqləyib.

Bu, ABŞ Dövlət katibi Entoni Blinkenin vəkilin müdafiəsi ilə bağlı bəyanatından sonraya təsadüf edir.

Belə ki, bu il martın 26-da ABŞ Dövlət katibi Entoni Blinken Şəhla Hümbətova ilə bağlı bəyanat verib.

"2020-ci ildə ABŞ-ın Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq," Dövlət Katibi qeyd edib.

Şəhla Hümbətova Vəkillər Kollegiyasının mayın 5-dəki qərarı ilə bağlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu qərara münasibəti birmənalı deyil.

“Bir tərəfdən sevinməliyəm ki, mənim fəaliyyətim bərpa olunub, işimi davam etdirəcəm. Digər tərəfdən mənim üçün sevinməli də deyil. Çünki bir daha əmin oldum ki, ölkəmin qanunlarlı deyil, beynəlxalq təşkilatların, başqa bir ölkənin hökumətinin təzyiqi altında bu, baş verir. Əlbəttə, ona görə, bu, sevindirici hal deyil,” o qeyd edib.

Vəkil Hümbətova onu müdafiə etdiyinə görə ABŞ Dövlət katibinə və çoxsaylı beynəlxalq təşkilatlara minnətdarlıq edib.

Bu il martın 5-də Bakı İnzibati Məhkəməsi hakim Aytən Orucovanın sədrliyi ilə Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib.

Vəkillər Kollegiyası Hümbətovanın üzvlük haqqını vaxtında ödəməmsini əsas gətirib. Hümbətova isə vəkilliyinə xitam verilməsinin səbəbi kimi insan hüquqları sahəsində, siyasi mötivlərlə həbs edilən insanların hüquqlarını müdafiə etməsini göstərib.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG