Accessibility links

ABŞ Səfirliyi: Jurnalistlərin cəsarətli işlərini anırıq


Beynəlxalq media azadlığı günü
Beynəlxalq media azadlığı günü

“Bu gün, Amerika Birləşmiş Ştatları “Dünya Mətbuat Azadlığı Günü”nü insanları xəbərdar etmək və onlara məlumat çatdırmaq üçün həyatlarını təhlükəyə atan jurnalistlərin şücaətini və nailiyyətlərini vurğulayaraq qeyd edir.”

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Amerikanın Qurucu Ataları Konstitusiyanın Hüquqlar haqqında Bill layihəsini hazırlayarkən azad mətbuat hüququ ilk cümlədə qeyd edilib.

“Çünki biz inanırıq ki, bir neçə mənbədən xəbər almaq və bütün siyasi tərəfləri dinləmək imkanı olmayan mühitdə demokratiya tam işləməyəcək. İki yüz il sonra internet və sosial şəbəkələr, hər bir insanın öz ölkəsində və cəmiyyətində gördükləri barədə məlumat verərək “vətəndaş-jurnalist” olmaq qabiliyyətinə sahib olduğu bir dünya yaratdı. Bununla yanaşı, dezinformasiyanın təhlükəli bir silah halına çevrildiyi bir dünya da yaratmış oldu” - deyə ABŞ Səfirliyinin məlumatında qeyd edilir.

Səfirlik Reporters Without Borders-ə istinadən bildirir ki, 2020-ci ildə dünyada yalnız işlərini gördükləri üçün ən azı 50 jurnalist öldürülüb.

“Əksər şəxslər xəbərdar edilib və ya həbs edilib. Bu gün və bütün il boyu onların cəsarətli işlərini və digərlərini məlumatlandırmaq istəyini anırıq,” ABŞ Səfirliyi qeyd edir.

XS
SM
MD
LG