Accessibility links

ABŞ Səfirliyi Kabildə xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edib


ABŞ-ın Azərbaycandakı səfirliyi

ABŞ-ın Azərbaycandakı Səfirliyi Kabil aeroportunda xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebook hesabında bildirilib.

"Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməsinə çox sevindik," məlumatda qeyd edilib.

Rəsmi məlumatlara görə, Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da bu ölkədən çıxarılıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Azərbaycan sülhməramlıları Türkiyə sülhməramlılarının tərkibində Kabil şəhərində yerləşən Beynəlxalq Hava Limanını qoruyub.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG