Accessibility links

ABŞ Səfirliyi: Lüfti Zadə yaradıcılığı həm amerikalılar, həm də azərbaycanlılar üçün mühüm yer tutur


"Qeyri-səlis məntiqin atası kimi tanınan məşhur Azərbaycan alimi Lütfi Zadəni şərəfləndirən Google Doodle-u görmək bizi çox sevindirdi."

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Lüfti Zadə yaradıcılığı və nailiyyətləri ilə həm amerikalılar, həm də azərbaycanlılar üçün mühüm yer tutan şəxsiyyətdir.

“Biz onun elmi işlərinin çoxsaylı müasir texnologiyaların, o cümlədən üz tanıma sisteminin, istehlak məhsulları, metro qatarları və ''decision support system''-nin əsası olduğunu bilirik,” məlumatda qeyd edilir.

"Google" axtarış sisteminin əsas səhifəsində azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilən Lütfi Zadəyə həsr edilən Doodle təqdim olunub. Sistemin istifadəçiləri Doodle-u klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər.

Lütfi Zadə 1964-cü il noyabrın 30-da qeyri-səlis məntiq nəzəriyyəsini ehtiva edən “Qeyri-səlis çoxluqlar” əsərini təqdim edib.

Azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.

Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 1946-ci ildən ABŞ-da Massaçusets Texnologiya İnstitutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya Universitetində elmlər doktoru alimlik dərəcəsini alıb. O, 6 sentyabr 2017-ci ildə - 97 yaşında dünyasını dəyişib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG