Accessibility links

ABŞ Səfirliyi məcburi köçkün məktəblərində ingilis dili müəllimləri üçün təlim təşkil edəcək


ABŞ-ın Azərbaycandakı Səfirliyi məcburi köçkün icmalarında çalışan ingilis dili müəllimləri üçün Speak Glocal yeni təlim proqramına qəbul prosesini açıq elan edib.

Səfirliyin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, kurs 50 nəfər ingilis dili müəlliminə ən son tədris metodlarını öyrənmək və bu müddət ərzində öz dil bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edəcək.

Proqramda iştirak etmək istəyənlər shorturl.at/eruxP linki vasitəsi ilə noyabrın 30-dək qeydiyyatdan keçə bilər.

Təlimdə iştirak etmək üçün məcburi köçkün məktəblərində ingilis dili müəllimi kimi fəaliyyət göstərən müəllimlərin 3 ildən çox ingilis dilinin tədrisi üzrə təcrübəsi, sabit interneti, onlayn seminarlara qoşulmaq üçün noutbuk və smartfonu olmalıdır.

Təlimlər 2021-ci ilin yanvar və fevral ayları boyunca hər şənbə günləri keçirləcək.

Təlim Ukraynadakı "Go Global" tərəfdaş təşkilatının mütəxəssisləri tərəfindən keçiriləcəkdir.

Go Global Ukraynada yaradılıb və ölkə daxilində 1700-dən çox məktəb və 160 000 şagirdlə işləyən təhsil platformasıdır.

Şərhlərə bax

XS
SM
MD
LG