ABŞ Səfirliyinin diplomatları, Kəlbəcər Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri noyabrın 28-də Gəncə şəhərində (Bakidan 364 kilometr qərb) məskulaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlər icmasından olan uşaqlar üçün İngilis dili kurslarının rəsmi açılışında iştirak edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi mətbuat üçün açıqlama yayıb.
Səfirlik bildirir ki, lahiyə 2019-cu ilin iyun ayına kimi davam edəcək və üç Kəlbəcər məktəbindən olan 45 məcburi köçkün şagirdə İngilis dili bacarıqlarını inkişaf etdirməyə imkan yaradacaq.
Kəlbəcər rayonu 2003-cü ilin apreıində erməni silahlı qüvvələrinin nəzarətinə keçirb. Rayonun 55 mindən çox əhalisi köçkün düşüb.