Accessibility links

ABŞ Səfirliyi: Mümkün qədər çox viza müraciətlərini qəbul etməyə çalışırıq


Viza
Viza

ABŞ-ın Azərbaycandakı Səfirliyi hal-hazırda işçi vizaları (H1B və L viza kateqoriyaları), tələbə vizaları (F və M viza kateqoriyaları) və mübadilə proqramlarına aid ziyarətçi vızaları (J viza kateqoriya) üçün məhdud sayda ərizələri qəbul edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, işgüzar və turistik vizaları üçün isə vizaları (B1 / B2 viza kateqoriyarı) yalnız son 36 ay ərzində müddəti bitmiş şəxslərin müraciətlərini müsahibədən kənar qəbul edilir.

“İşçilərimizin və vizaya müraciət edənlərin sağlamlığına və təhlükəsizliyinə zərər vermədən biz mümkün qədər çox viza müraciətlərini qəbul etməyə çalışırıq və müvəqqəti narahatlıq üçün üzr istəyirik,” ABŞ-ın Azərbaycandakı Səfirliyi qeyd edir.

XS
SM
MD
LG